satellite   Azerspace-1: 11135 H 30000

Fransada etirazlar: noyabrın 3-ü “qara gün” elan edilib

Fransada etirazlar: noyabrın 3-ü “qara gün” elan edilib

Əlbəttə, biz blokada çağırışı etmişik və məktəblər bazar ertəsi günündən etibarən bloklanacaq.

NTV  xəbər verir ki, bu barədə bazar günü Fransanın “Les Lycéens!” yuxarı sinif şagirdləri həmkarlar ittifaqının sədri Pyer Surza bildirib. Öz növbəsində, Liseylər İttifaqı (USL) və Tələbələr Birliyi “sarı jiletlilər” hərəkatı çərçivəsində çərşənbə axşamı və çərşənbə günü yeni blokadalara çağırış edib. Bu barədə “Le Figaro” qəzeti yazıb.

Bununla yanaşı, Fransa Milli Tələbə İttifaqı (UNEF) noyabrın 2-də ölkənin bütün universitetlərində səfərbərlik çağırışı edib. İttifaq bəyan edib ki, noyabrın 3-ü “universitetlər üçün “qara gün” olmalıdır”. Təşkilat universitet fakültələrini və ölkənin bütü liseylərini fəaliyyətlərini bloklamağa çağırıb.

Universitet tələbələrinin yığıncaqlarını birləşdirən “Interfac Île-de-France” təşkilatının üzvü Koppeliya Moro bildirib: “Qəzəbimiz davam edir. Biz onun zəifləməsi əlamətlərini görmürük”.

Qrup çərşənbə axşamı günü Parisdəki Panteon və “Medef”in (Fransa Biznes Konfederasiyası) mənzil-qərargahı arasında daha bir nümayişin keçirilməsini planlaşdırır

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:45 02.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM