satellite   Azerspace-1: 11135 H 30000

Qızıl son bir ilin minimum qiymətindən sonra yenidən bahalaşıb

Qızıl son bir ilin minimum qiymətindən sonra yenidən bahalaşıb

Qızılın qiyməti cümə günü son bir ilin ən aşağı səviyyəsinə düşdükdən sonra yeni həftəyə artımla başlayıb.

NTV xəbər verir ki, qızılın bir troya unsiyasının qiyməti hazırda 3900 dollar civarında ticarət olunur. Cümə günü qeydə alınan 3,7 faizlik ucuzlaşmadan sonra qızıl əvvəlki itkilərinin bir hissəsini bərpa edib. Həmin eniş 2008-ci ildən bəri qızıl üçün oktyabr ayı üzrə ən zəif nəticə olub.

Neftin qiymətindəki azalma, bununla belə, Yaxın Şərqdə münaqişənin genişlənməsi riski qızıl bazarına təzyiq göstərməkdə davam edir. Həmçinin qlobal texnologiya səhmləri bazarında müşahidə olunan kəskin eniş qiymətli metallara da mənfi təsir göstərir. Süni intellekt sektorunda son dövrlər qeydə alınan geriləmə investorları digər aktivlər üzrə itkilərini kompensasiya etmək məqsədilə qızıl ehtiyatlarını satmağa sövq edir. Bununla belə, bazarlarda satış təzyiqi bazar ertəsi zəifləyib. Asiya fond bazarlarında itkilər “Wall Street”dəki göstəricilərlə müqayisədə daha məhdud olub.

Ekspertlərin fikrincə, qızılın mövcud qiyməti uzunmüddətli investorlar üçün cəlbedici olduğundan, qiymətli metal müəyyən alış dəstəyi əldə edib. İnvestorların, eləcə də ehtimal ki, mərkəzi bankların mövqelərini ehtiyatla artırması fonunda Asiya sessiyasında qiymət enişləri alış imkanları yarada bilər. Bununla yanaşı, strateq qızıl bazarında risklərin yüksək olaraq qaldığını vurğulanıb.

Cümə günü təxminən 6 faiz ucuzlaşan gümüşün bir troya unsiyasının qiyməti isə hazırda 50 dollara yüksəlib. Platin və palladium da əvvəlki sessiyada qeydə alınan kəskin ucuzlaşmadan sonra bahalaşıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:45 02.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM