satellite   Azerspace-1: 11135 H 30000

İspaniyada qatar qəzasında ölənlərin 12-si əcnəbi vətəndaşlardır

İspaniyada qatar qəzasında ölənlərin 12-si əcnəbi vətəndaşlardır

İspaniyanın Toledo əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində 12 xarici ölkə vətəndaşı həlak olub.

NTV xəbər verir ki, bu barədə qəza ilə bağlı cinayət işini araşdıran Kastiliya-La-Mança Ali Məhkəməsi məlumat yayıb.

Bildirilib ki, ölənlər arasında ABŞ, Argentina, Kanada, Meksika, Portuqaliya, Tunis, Fransa, Çexiya və Yaponiya vətəndaşları var. Qəza nəticəsində ümumilikdə 69 nəfər həyatını itirib.

Məhkəmə itkin düşmüş Avstraliya vətəndaşları və bir yaponiyalının taleyinin hələ məlum olmadığını, buna görə də əcnəbi qurbanların sayının arta biləcəyini bildirib.

Qeyd edək ki, hadisə oktyabrın 28-də Urda şəhəri yaxınlığında baş verib. Qatarlarda ümumilikdə 540-dan çox sərnişin olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:45 02.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM