satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycanın 40 şahmatçısı Avropa çempionatında mübarizə aparacaq

Azərbaycanın 40 şahmatçısı Avropa çempionatında mübarizə aparacaq

Noyabrın 3-də Yunanıstanın İraklion şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatına start veriləcək.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) NTV-yə verilən məlumata görə, qitə birinciliyində ölkəmizi 40 şahmatçı təmsil edəcək. Mötəbər yarışda yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş medalçısı Mehriban Əhmədli və son qitə çempionatının bürünc mükafatçısı Məryəm Ağaverdiyeva da yer alıb.

Ümumilikdə 49 ölkədən 1250 şahmatçı altı yaş kateqoriyasında medallar uğrunda yarışacaq.

Qeyd edək ki, şahmatçılarla yanaşı səfərə yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Nicat Məmmədov, məşqçilər Fərid Abbasov, Elmar Atakişiyev və Orxan Abdulov da səfərə yollanıb. Nümayəndə heyətinin rəhbəri Raul Quliyevdir.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:45 02.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM