satellite   Azerspace-1: 11135 H 30000

“Vikinq”-“Sabah” oyununun hakimləri müəyyənləşib

“Vikinq”-“Sabah” oyununun hakimləri müəyyənləşib

“Sabah” və Norveçin “Vikinq” komandaları arasında UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək görüşün hakim təyinatları açıqlanıb.

NTV UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Norveçdə baş tutacaq görüşü Niderlanddan olan hakimlər briqadası idarə edəcək.

Oyunun baş hakimi FIFA referisi Sander van der Eyk olacaq. Ona həmyerliləri Rens Bluemink və Stefan de Qrot kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Coui Koy yerinə yetirəcək.

Qeyd edək ki, “Vikinq”-“Sabah” qarşılaşması noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq. Üç xalla turnir cədvəlinin 25-ci pilləsində qərarlaşan təmsilçimiz indiyədək üç oyun keçirib, bir qələbə qazanıb və iki dəfə məğlub olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

10:45 02.11.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM