satellite   Azerspace-1: 11135 H 30000

Aİ və Britaniya hibrid təhdidlərə qarşı mübarizədə əməkdaşlığı genişləndirmək niyyətindədir

Aİ və Britaniya hibrid təhdidlərə qarşı mübarizədə əməkdaşlığı genişləndirmək niyyətindədir

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya Avropada Rusiyanın fəallığının artması fonunda kiberhücumlar, təxribatlar və digər hibrid təhdidlərə qarşı mübarizə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir.

NTV-nin verdiyi məlumata görə, bunu Avropa diplomatiyasının rəhbəri Kaya Kallas və Böyük Britaniyanın müdafiə naziri Ues Stritinq Aİ ilə Böyük Britaniya arasında təhlükəsizlik və müdafiə məsələləri üzrə dialoqun keçirildiyi Brüsseldə bildiriblər.

"Kiberhücumlar Rusiyanın Ukraynaya qarşı apardığı daha genişmiqyaslı müharibənin bir hissəsidir", - Kallas Ukraynanın təcili xəbərdarlıq tətbiqinə həyata keçirilən kiberhücumla bağlı məlumatları şərh edərkən bildirib.

Onun sözlərinə görə, bu cür əməllər həm də mülki əhaliyə qarşı yönəlib və insanların təhdidlər barədə vaxtında xəbərdar edilməsinə mane ola bilər.

Stritinq qeyd edib ki, Avropa ölkələri kiberhücumlar və digər hibrid təhdidlərə qarşı sayıq olmalıdır. Onun fikrincə, bəzi hallarda bu təhdidlər dövlət tərəfindən maliyyələşdirilən terror aktları kimi qiymətləndirilə bilər.

O əlavə edib ki, Ukraynadakı konkret kiberhücumun arxasında kimin dayandığı hələlik dəqiq məlum deyil.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM