satellite   Azerspace-1: 11135 H 30000

Ceyhun Bayramov Tokayevə Prezident İlham Əliyevin adından təşəkkür edib

Ceyhun Bayramov Tokayevə Prezident İlham Əliyevin adından təşəkkür edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra göstərilən təcili yardıma görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Azərbaycan Prezidenti İlham Əliyevin adından təşəkkür edib.

Naxçıvan televiziyası Akordaya istinadən xəbər verir ki, Ceyhun Bayramov Astanaya səfəri çərçivəsində qazaxıstanlı liderlə görüşü zamanı Prezident İlham Əliyevin və bütün Azərbaycan xalqının adından təşəkkürünü çatdırıb.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM