satellite   Azerspace-1: 11135 H 30000

Bolqarıstanda prezident seçkilərinin ikinci turu başlayıb

Bolqarıstanda prezident seçkilərinin ikinci turu başlayıb

Bolqarıstanda prezident seçkilərinin ikinci turu başlayıb.

NTV-nin məlumatına görə, ölkə daxilində yerli vaxtla saat 7:00-da (Bakı vaxtı ilə saat 9:00) 12 mindən çox seçki məntəqəsi açılıb, 6,6 milyon seçicinin səs verə biləcəyi bildirilir.

Xaricdə daimi yaşayan və ya xaricə səyahət edən Bolqarıstan vətəndaşları üçün əlavə seçki məntəqələri 60 ölkədə açılacaq. İliana Yotova və Andrey Qyurov prezidentliyə, Kiril Vılçev və Georgi Kandev isə vitse-prezidentliyə namizəddirlər.

Səsvermənin ilk qeyri-rəsmi nəticələri saat 20:00-da, seçki məntəqələri bağlandıqda məlum olacaq. Rəsmi nəticələr 4 noyabrdan gec olmayaraq açıqlanacaq.

Bolqarıstan prezidenti xalq səsverməsi ilə beş illik müddətə seçilir və ardıcıl iki müddətdən çox vəzifə tuta bilməz. Vitse-prezident də prezidentlə eyni vaxtda seçilir. 2026-cı ildə dövlət başçısı vəzifəsi uğrunda mübarizədə ümumilikdə 27 nəfər iştirak edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM