Ötən sutka ərzində Naxçıvanda 8 yanğın hadisəsi olub - FOTOLAR

Ötən sutka ərzində Naxçıvanda 8 yanğın hadisəsi olub<font color=red> - FOTOLAR</font> Ötən sutka ərzində Naxçıvanda 8 yanğın hadisəsi olub<font color=red> - FOTOLAR</font> Ötən sutka ərzində Naxçıvanda 8 yanğın hadisəsi olub<font color=red> - FOTOLAR</font> Ötən sutka ərzində Naxçıvanda 8 yanğın hadisəsi olub<font color=red> - FOTOLAR</font> Ötən sutka ərzində Naxçıvanda 8 yanğın hadisəsi olub<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olan zənglər əsasında Nazirliyin yanğından mühafizə bölmələri tərəfindən 8 yanğın hadisəsinə çıxış həyata keçirilib.

Nazirlikdən NUHÇIXAN-a verilən xəbərə görə, Sədərək rayonun Heydərabad qəsəbəsində, Şərur rayonun Maxta kəndində iki ərazidə, eləcə də Zeyvə, Sərxanlı, Ordubadun rayon Aza, Sabirkənd və Babək rayonun Güznüt kəndlərində quru otlaq və həyatyanı sahələrində yanğın hadisələri baş verib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların daha geniş sahələrə yayılmasının qarşısı alınaraq operativ söndürülməsi təmin edilib.

Yanğın hadisələri nəticəsində Sərxanlı kəndində 1000 m² quru otluq sahə yanıb, 4000 m² sahə və meyvə ağacları yanğından mühafizə edilib, Aza kəndində 3000 m² quru otluq sahə yanıb, 4000 m² sahə yanğından mühafizə olunub, Güznüt kəndində 300 m² quru otluq sahə yanıb, 1200 m² sahə və vətəndaşa məxsus fərdi yaşayış evi yanğından mühafizə edilib. Maxta kəndində isə 5000 m² biçilmiş taxıl sahəsi yanıb, 5000 m² sahə isə yanğından mühafizə olunub.

Xəbər lenti
Çox oxunan xəbərlər

CANLI YAYIM