satellite   Azerspace-1: 11135 H 30000

DİN və Penitensiar xidmət əməliyyat keçirib, avtomat aşkar olunub

DİN və Penitensiar xidmət əməliyyat keçirib, avtomat aşkar olunub

Ədliyyə Nazirliyinin Penitensiar xidməti və Daxili İşlər Nazirliyi (DİN) Bakıda əməliyyat keçirib, avtomat aşkar olunub.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Penitensiar xidmətin və DİN-in yaydığı birgə məlumatda qeyd olunub.

Bildirilib ki, əməliyyat aparatının DİN-in əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Qulizadə Kainat Xoşbəxt oğluna məxsus 1 ədəd “Kalaşnikov” avtomatı və 6 ədəd patron Yasamal rayonu, 2-ci Nərimanov döngəsi, ev 21 ünvanında yaşayış olmayan otaqda dolabın içərisindən aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM