satellite   Azerspace-1: 11135 H 30000

DİN: Ötən gün 43,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

DİN: Ötən gün 43,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə martın 14-də ümumi çəkisi 43,4 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

Daxili İşlər Nazirliyindən Naxçıvan televiziyası-a bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr – 4,3 kiloqramdan artıq heroin, 34,1 kiloqramdan artıq marixuana, 5 kiloqrama yaxın metamfetamin, həmçinin 19 ədəd psixotrop tərkibli həb olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Martın 14-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 avtomat silahı, 1 qumbara, 16 tüfəng, 1 patron darağı və 12 patron aşkar edərək götürüblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM