satellite   Azerspace-1: 11135 H 30000

“İlandağ” geoloji parkının rəqəmsal xəritəsi yenidən hazırlanıb

“İlandağ” geoloji parkının rəqəmsal xəritəsi yenidən hazırlanıb

Naxçıvanda yaradılması nəzərdə tutulan “İlandağ” geoloji parkının rəqəmsal xəritəsi və parkın hüdudları daxilində yerləşən obyektlərin pasportu yenidən hazırlanıb.

Naxçıvan televiziyası xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının (MR) ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev deyib.

O bildirib ki, bu çərçivədə sənədləşmə işlərinin UNESCO-nun tələblərinə uyğun aparılması üçün donor təşkilat axtarılır:

“Həmçinin Əlincə dağına status verilməsi ilə bağlı tərəfimizdən zəruri işlər aparılıb. Nəticədə Nazirlər Kabinetinin müvafiq qərarı ilə oraya respublika əhəmiyyətli təbiət abidəsi statusu verilib.

“Əlincədağ” təbiət abidəsinin ərazisinə aidiyyəti qurumlarla birlikdə baxış keçirilib, müvafiq ölçü işləri aparılıb, təbiət abidəsinin yerquruluşu planı və pasportu hazırlanıb.

Eyni zamanda, təbiət abidəsinin yerləşdiyi ərazinin torpaq mülkiyyətçisi ilə mühafizə öhdəliklərini müəyyən edən müqavilə imzalanıb, giriş hissəyə məlumat lövhəsi quraşdırılıb”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM