satellite   Azerspace-1: 11135 H 30000

Bu ilin yanvarında Azərbaycanda doğum sayı artıb, 12 üçəm doğulub

Bu ilin yanvarında Azərbaycanda doğum sayı artıb, 12 üçəm doğulub

Bu ilin yanvar ayında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 8 557 doğulan körpə qeydə alınıb.

Naxçıvan televiziyası xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin yaydığı məlumatda bildirilib. 

Qeyd olunub ki, 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 9,7-dən 9,9-a qədər artıb.

Doğulan körpələrin 54,6 faizi oğlan uşaqları, 45,4 faizi isə qız uşaqları olub. Körpələrdən 352-si əkiz, 12-si isə üçəm doğulub.

Eyni zamanda cari ilin yanvar ayı ərzində ölkədə 5 727 ölüm halı qeydə alınıb və 2024-cü ilin müvafiq ayı ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,4-dən 6,6-ya qədər artıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM