satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda yeddi meteoroloji stansiya quraşdırılıb

Naxçıvanda yeddi meteoroloji stansiya quraşdırılıb

5-i ötən illərdə, 2-si isə 2024-cü ildə olmaqla, Naxçıvan Muxtar Respublikasında (MR) 7 meteoroloji stansiya quraşdırılıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Naxçıvan Muxtar Respublikasının (MR) ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev deyib.

O qeyd edib ki, bu stansiyalar vasitəsilə hər 3 saatdan bir meteoroloji müşahidələr aparılır:

“Sutka ərzində havanın temperaturu, yağıntının miqdarı, küləyin sürəti və istiqaməti, buludluq, torpaqda şeh nöqtəsi və bir sıra parametrlər üzrə məlumatlar əldə edilir. Həmin məlumatlardan proqnozların hazırlanmasında istifadə olunur.

Hidrometeorologiya Mərkəzi ilk dəfə olaraq 2023-cü ildən “TÜRK METCAPP’’ sisteminə qoşulub. Muxtar respublika ərazisində hava şəraiti ilə bağlı gündəlik və üç günlük proqnozların, həmçinin xəbərdarlıqların hazırlanması üçün həmin sistemdən məlumatlar götürülür və əhaliyə çatdırılır”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM