satellite   Azerspace-1: 11135 H 30000

“Google” Novruz Bayramı münasibətilə dudl hazırlayıb

“Google” Novruz Bayramı münasibətilə dudl hazırlayıb

ABŞ-nin transmilli şirkəti, məşhur “Google” axtarış sistemi Novruz Bayramı münasibətilə dudl hazırlayıb.

Naxçıvan televiziyası-ın məlumatına görə, “2025 Norvuz bayramı” adlı dudlda bayramın simvolları, Kosa, səməni, habelə baharın gəlişi, ağacların çiçək açması, qaranquşların gəlişi əks olunub.

Dudl "Google" axtarış saytının əsas səhifəsində əlamətdar hadisələr münasibəti ilə yaradılan xüsusi açıqcaların adıdır.

Qeyd edək ki, du gün - martın 20-i Azərbaycanda Novruz bayramı qeyd edilir. Yaz fəslinin Azərbaycana daxil olması Bakı vaxtı ilə saat 13:01:25-ə təsadüf edəcək. Bu zaman gecə ilə gündüz bərabərləşir və Günəş düz şərqdə doğub, qərbdə batır.

Yaz fəslinin müddəti 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.

UNESCO Novruz bayramını 2009-cu il sentyabrın 30-da qeyri-maddi mədəni irs siyahısına daxil edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM