satellite   Azerspace-1: 11135 H 30000

Naurızbay Taqanulı: Qazaxıstan və Azərbaycan arasında əlaqələr yüksək səviyyədə inkişaf edir

Naurızbay Taqanulı: Qazaxıstan və Azərbaycan arasında əlaqələr yüksək səviyyədə inkişaf edir

Qazaxıstan və Azərbaycan xalqları eyni kökə malikdir. Onları ortaq din - İslam və müqəddəs kitab - Quran birləşdirir.

Bu barədə jurnalistlərə açıqlamasında Qazaxıstan Müsəlmanları Ruhani İdarəsinin sədri Naurızbay Taqanulı bu gün Astanada keçirilən "Dünya və ənənəvi dinlər liderlərinin Qurultayının Katibliyinin 23-cü iclası" zamanı bildirib.

O deyib ki, hazırda iki ölkə arasında əlaqələr yüksək səviyyədə inkişaf edir.

Naurızbay Taqanulı, həmçinin bu cür toplantıların insanları sabitliyə və dözümlülüyə çağırdığını diqqətə çatdırıb. "Bugünkü iclasın çıxışçıları da birliyi, sülhü, dözümlülüyü vurğuladılar. Bizə səbr, sadəlik, təvazökarlıq lazımdır. Mərhəmət insanı bütün bəlalardan qurtaran dəyərdir. Bu səbəbdən bizə mərhəmət, bir-birimizə qarşı diqqət və dözümlülük lazımdır," - deyə o əlavə edib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM