satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda aramsız yağışdan yaranan seldə ölənlərin sayı 5 nəfərə çatıb, itkin düşənlər var

İstanbulda aramsız yağışdan yaranan seldə ölənlərin sayı 5 nəfərə çatıb, itkin düşənlər var

Türkiyənin İstanbul şəhərində aramsız yağışlardan sonra yaranan seldə ölənlərin sayı 5-ə çatıb.

NTV-nin xəbərinə görə, bu barədə Türkiyə mediası məlumat yayıb.

Məlumata görə, daha 4 nəfər itkin düşüb. Daxili işlər naziri Mustafa Çiftçi itkin düşənlərdən birinin sağ tapıldığını açıqlayıb.

Qeyd edək ki, artıq bir neçə gündür, Türkiyənin bəzi şəhərlərində davam edən aramsız yağışlar ciddi fəsadlara yol açıb. Yağışların davam edəcəyi bildirilir.

Bu, İstanbula 84 ildən sonra ilk leysandır.

İstanbulla yanaşı, Zonquldak, Yalova, Kocaeli, Düzce və Sakarya vilayətlərində təhsil müəssisələrində dərslər iki günlük dayandırılıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM