Oktyabrın 18-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən NTV-yə bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər saatlarında bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-20, gündüz 23-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 millimetr civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75 faiz, gündüz 60-65 faiz olacaq.
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər saatlarında bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 16-19i, gündüz 26-31 dərəcə isti, dağlıq ərazilərdə isə gecə 7-12i, gündüz 20-25 dərəcə isti olacaq.
