satellite   Azerspace-1: 11135 H 30000

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

“CBS News”: ABŞ generalı İran müharibəsindən əvvəl Amerikada raket çatışmazlığı barədə xəbərdarlıq etmişdi

“CBS News” telekanalının verdiyi məlumata görə, vəzifəsindən uzaqlaşdırılan ABŞ ordusunun Baş qərargah rəisi general Rendi Corc İrana qarşı müharibəsindən aylar əvvəl xəbərdarlıq etmişdi ki, Amerikanın raketdən müdafiə ehtiyatları kritik dərəcədə aşağı düşüb və onların bərpası 2030-cu ilə qədər vaxt apara bilər.

NTV  telekanalın məlumatına istinadla xəbər verir ki, generalın qiymətləndirməsi ilə tanış olan ABŞ rəsmilərinin sözlərinə görə, Corc bu xəbərdarlığı münaqişə başlamazdan iki ay əvvəl – dekabrın sonlarında səsləndirib. Müdafiə naziri Pit Heqset isə müharibənin davam etdiyi bir vaxtda – aprel ayında onu vəzifəsindən azad edib.

Pentaqonun 2027-ci maliyyə ili üçün qüvvələrin bölüşdürülməsi planına daxil edilən generalın qiymətləndirməsinə əsasən, “Terminal High Altitude Area Defense” (THAAD) sistemləri üçün nəzərdə tutulan raketlər və “Patriot” sistemləri çatışmır; ehtiyatların 2030-cu ilə qədər strateji baxımdan aşağı səviyyədə qalacağı gözlənilir.

Rəsmilərin bildirdiyinə görə, bu çatışmazlığın səbəbləri Ukraynaya silah tədarükü, ABŞ-nin İsrailə göstərdiyi hərbi yardım və müdafiə sənayesinin məhdud istehsal gücüdür.

Məqalədə qeyd olunur ki, İranla müharibə ehtiyatların daha da azalmasına səbəb olub. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) hesablamalarına görə, ABŞ qüvvələri 2026-cı ilə təxminən 2300 ədəd “Patriot” raketinə malik daxil olub və münaqişə ərzində bunlardan 1050-1430-u istifadə edilib.

Müharibədən əvvəl ABŞ-nin arsenalında təxminən 355 ədəd THAAD raketi var idi ki, bunlardan da təxminən 290 ədədi istifadə olunub.

Pentaqon raket çatışmazlığı ilə bağlı iddiaları rədd edib. ABŞ Müharibə Nazirliyinin sözçüsü Şon Parnel “CBS News” telekanalına bildirib: “ABŞ-da sursat çatışmazlığı olduğu barədə iddialar yalandır”. O əlavə edib ki, Pentaqon Prezidentin seçdiyi vaxt və məkanda zərbə endirmək üçün lazım olan hər şeyə malikdir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM