İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqem İspaniyanın “Real Madrid” komandası ilə müqaviləsini uzatmaq barədə klubla razılığa gəlib.
NTV “Diario AS” nəşrinə istinadla xəbər verir ki, yeni sözləşmə 2031-ci ilin yayına qədər nəzərdə tutulub. Yeni anlaşmaya əsasən, futbolçunun maaşı da artırılacaq.
Onun hazırkı müqaviləsi 2028/2029-cu illər mövsümünün sonunda başa çatmalıdır.
Qeyd edək ki, Cud Bellinqem 2023-cü ilin yayında Almaniyanın “Borussiya Dortmund” klubundan 103 milyon avro qarşılığında “Real Madrid”ə keçib.
