NTV xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov oktyabrın 24-də Biləv kəndində Ordubad rayonunun sakinlərini qəbul edəcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 16-dan 21-dək Səlahiyyətli Nümayəndəliyin ([email protected]) elektron poçt ünvanına rəsmi müraciət etməklə və ya (+994 36) 544 01 43 nömrəsinə zəng vurmaqla qeydiyyatdan keçə bilərlər.
Vətəndaşların qəbulu əvvəlcədən tərtib olunmuş qeydiyyat siyahısına əsasən həyata keçiriləcək.
