satellite   Azerspace-1: 11135 H 30000

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır

Nazir: Məqsədimiz dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır

Bu il Ümumdünya Qida Günü “Bu gün innovasiya et, sabahı qidalandır” şüarı altında qeyd olunur. Şüar dayanıqlı kənd təsərrüfatının inkişafının, ərzaq itkilərinin və israfının azaldılmasının, eləcə də əhalinin sağlam və keyfiyyətli ərzaq məhsulları ilə təmin olunmasının əhəmiyyətini vurğulayır. FAO-nun hesabatına əsasən, 2025-ci ildə dünyada 645 milyon insan aclıqdan əziyyət çəkib, 2 milyarddan çox insan isə sağlam qidalanmanı maddi baxımdan təmin edə bilməyib. Bu göstəricilər qlobal ərzaq təhlükəsizliyinin hələ də ciddi çağırışlarla üzləşdiyini göstərir.

NTV   xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov 16 Oktyabr- Ümumdünya Qida Gününə həsr olunmuş "Bu gün innovasiya et, sabahın qidasını təmin et” adlı tədbirdə çıxış edərkən deyib.

"Məqsədimiz yalnız istehsalı artırmaq deyil, resurslardan səmərəli istifadə edən, dayanıqlı və yüksək əlavə dəyər yaradan aqrar sistem formalaşdırmaqdır. Bu gün kənd təsərrüfatı ənənəvi istehsal sahəsi olmaqla yanaşı, elmin, innovativ texnologiyaların, məlumatların, maliyyə imkanlarının və səmərəli idarəetmənin birləşdiyi mühüm iqtisadi fəaliyyət sahəsidir. İnnovasiyalar elmi tədqiqatlardan real təsərrüfata tətbiq olunduqda, fermerlərin üzləşdiyi çətinliklərin həllinə və gəlirlərinin artmasına xidmət etdikdə öz həqiqi dəyərini göstərir. Azərbaycan aqrar sektorun inkişafına məhz bu yanaşma ilə istiqamət verir", - deyə nazir vurğulayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:34 16.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM