Misli Premyer Liqasında VIII tura bu gün start veriləcək.
NTV-nin məlumatına görə, ilk oyun günündə iki görüş baş tutacaq.
Əvvəlcə "Şamaxı" evdə "Şəfa"nı qəbul edəcək. "Şamaxı" 10 xalla 7-ci pillədə qərarlaşıb. 3 xala malik "Şəfa" isə 11-cidir.
Günün son görüşündə "Sumqayıt" doğma meydanda "Araz-Naxçıvan"la üz-üzə gələcək. "Sumqayıt" 5 xalla 6-cıdır. Sonuncu - 12-ci pillədə olan "Araz-Naxçıvan"ın isə 2 xalı var.
Misli Premyer Liqası
I dövrə, VIII tur
16 oktyabr
15:00. "Şamaxı" – "Şəfa"
Hakimlər: Rəvan Həmzəzadə, Şirmamed Mamedov, Teymur Teymurov, Səbuhi Bayramov.
VAR: Elvin Bayramov.
AVAR: Tərlan Talıbzadə.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Elgiz Abbasov.
Şamaxı şəhər stadionu
19:00. "Sumqayıt" – "Araz-Naxçıvan"
Hakimlər: Vüqar Həsənli, Asiman Əzizli, Zöhrab Abbasov, Murad Səlimov.
VAR: Əkbər Əhmədov.
AVAR: Rəhman İmami.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Yavər Rəhimov.
SOCAR Polymer Arena
Qeyd edək ki, VIII tura oktyabrın 18-də yekun vurulacaq.
