satellite   Azerspace-1: 11135 H 30000

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

2027-2030-cu illər üzrə Ortamüddətli Xərclər Çərçivəsi açıqlanıb

Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən hazırlanan 2027-2030-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi (OMXÇ) nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.

NTV  nazirliyə istinadla xəbər verir ki, sənəd Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 235 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ortamüddətli xərclər çərçivəsinin hazırlanması Qaydası”na uyğun olaraq hazırlanıb. OMXÇ özündə büdcə siyasətinin əsas istiqamət və hədəflərini, makro-fiskal çərçivəni, fiskal risklərin təhlili və mitiqasiya tədbirlərini, Milli Xərc Prioritetlərini, Ortamüddətli Resurs Zərfini, həmçinin icmal və dövlət büdcələrinin gəlir və xərclərinin proqnozlarını əhatə edir.

Eyni zamanda, sənəddə proqram və nəticə əsaslı büdcə mexanizminə keçid islahatlarına cəlb olunan sektorlara növbəti ortamüddətli dövr üçün dövlət büdcəsindən ayrılan vəsaitlərin proqramlar üzrə bölgüsü barədə məlumatlar əks olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM