satellite   Azerspace-1: 11135 H 30000

Sahibə Qafarova: Konstitusiya Aktının qəbulu tarixi-əlamətdar hadisə olub

Sahibə Qafarova: Konstitusiya Aktının qəbulu tarixi-əlamətdar hadisə olub

1991-ci il oktyabrın 18-də Azərbaycanın Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbulu tarixi-əlamətdar hadisə idi.

NTV  xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında deyib.

Onun sözlərinə görə, ölkənin müstəqilliyinin ciddi sınaqlara məruz qaldığı dövrdə 1993-cü ilin iyununda Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtması dövlətçilik tarixində dönüş nöqtəsi oldu:

"Onun həyata keçirdiyi qətiyyətli tədbirlər sayəsində ölkənin parçalanması təhlükəsi aradan qaldırıldı, ictimai-siyasi sabitlik bərpa olundu, dövlət institutları möhkəmləndirildi. Milli-dövlətçilik konsepsiyasını irəli sürdü və uğurla həyata keçirdi. Dövlət müstəqilliyinə real siyasi, iqtisadi və hüquqi məzmun verdi, onun dönməzliyini təmin etdi, daxili və xarici siyasətin strateji hədəflərini müəyyənləşdirdi".

S.Qafarova həmçinin vurğulayıb ki, İlham Əliyevin prezident seçilməsi isə müstəqil dövlətçiliyin inkişafında yeni dövr açıb:

"Son dövrün ən böyük nailiyyətləri müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində və birgünlük antiterror əməliyyatında qazanılan tarixi qələbələr olub. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi milli maraqların müdafiəsinə yönələn dövlət siyasətinin nəticəsidir. Bu mükəmməl uğurlar Azərbaycanın tarixində yeni dövr açıb, dövlətimizin inkişafı üçün prinsipcə yeni siyasi və strateji şərait yaradıb".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Birjalarda neft ucuzlaşıb

11:34 16.10.2026

Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM