ABŞ-nin kommersiya xam neft ehtiyatları azalır.
NTV xəbər verir ki, bu barədə ABŞ-nin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 8 milyon 600 min barel azalaraq 415 milyon 600 min barel olub. Bazar proqnozları ehtiyatların 200 min barel artacağı istiqamətində idi.
Birləşmiş Ştatların kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları dəyişməyərək 283 milyon barel səviyyəsində qalıb. Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 3 milyon 500 min barel artaraq 208 milyon 300 min barel təşkil edib.
