satellite   Azerspace-1: 11135 H 30000

Almaniya və Fransa daxiliyanma mühərrikli avtomobillərin istehsalına dair məhdudiyyətin yumşaldılması ilə bağlı razılığa gəlib

Almaniya və Fransa daxiliyanma mühərrikli avtomobillərin istehsalına dair məhdudiyyətin yumşaldılması ilə bağlı razılığa gəlib

Almaniya və Fransa 2035-ci ilə qədər daxiliyanma mühərrikli nəqliyyat vasitələrinin istehsalının tədricən dayandırılması ilə bağlı qərardan imtina etməklə bağlı razılığa gəlib.

NTV xəbər verir ki, “Deutschlandfunk” radiosu bu məsələnin hər iki hökumətin razılaşma sənədində əksini tapdığını qeyd edib.

Məlumata əsasən, sazişdə yeni avtomobillər arasında daxiliyanma mühərrikli avtomobillərin payının 2035-ci ilə qədər 100 faiz deyil, yalnız 90 faiz azalacağı nəzərdə tutulur.

Bundan əlavə, dövlət maliyyəsi alan və strateji əhəmiyyətli sektorlarda fəaliyyət göstərən şirkətlərdən Avropa İttifaqında və ya müəyyən tərəfdaş ölkələrdə istehsal olunan komponentləri tədarük etmələri tələb olunacaq.

Qeyd edək ki, Almaniya Kansleri Fridrix Merts bu razılaşmanı Almaniya, Fransa və Avropada avtomobil sürücüləri və iş yerləri üçün müsbət addım kimi qiymətləndirib. Kansler bildirib ki, razılaşdırılmış paket seçim azadlığının qorunmasına, texnoloji neytrallığa və iqlim hədəflərinin saxlanılmasına yönəlib və sənayeyə investisiyalar üçün mühüm siqnal verir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM