satellite   Azerspace-1: 11135 H 30000

Araz çayından Nehrəm qəsəbəsinə su çəkilir - FOTOLAR

Araz çayından Nehrəm qəsəbəsinə su çəkilir<font color=red> - FOTOLAR</font> Araz çayından Nehrəm qəsəbəsinə su çəkilir<font color=red> - FOTOLAR</font> Araz çayından Nehrəm qəsəbəsinə su çəkilir<font color=red> - FOTOLAR</font> Araz çayından Nehrəm qəsəbəsinə su çəkilir<font color=red> - FOTOLAR</font> Araz çayından Nehrəm qəsəbəsinə su çəkilir<font color=red> - FOTOLAR</font>

Babək rayonunun Nehrəm qəsəbəsinin torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün Araz çayından qidalanan nasos stansiyaların və təzyiqli boru xəttinin tikintisinə başlanılıb.

NTV  xəbər verir ki, Babək rayonunun Nehrəm qəsəbəsində torpaq sahələrinin su təminatını yaxşılaşdırmaq üçün Araz çayından qidalanan nasos stansiyaları və təzyiqli boru xətləri çəkilir. Görülən işlər çərçivəsində diametri 1220 mm, qalınlığı 12 mm olan borular 3 km məsafəyə, diametri 1220 mm, qalınlığı 10 mm olan borular isə 2340 metr məsafəyə boşaldılıb. Lazımi izolyasiya və qaynaq materialları da əraziyə gətirilib. Boru xətti üçün 16 km uzunluğunda trassa hazırlanıb. Relyef çətin olduğuna görə, boru daşıyan maşınların rahat hərəkət etməsi üçün 6-8 metr enində yol salınıb, dərələr doldurulub, bəzi təpələr kəsilərək texnikanın hərəkəti üçün şərait yaradılıb. Bundan başqa, 13 birləşmədən ibarət 169 metr uzunluğunda qaynaq işləri aparılıb. Hazırda isə 2-ci nasos stansiyasının və həcmi 1500 kubmetr olan su anbarının yerində qazıntı işləri davam etdirilir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM