satellite   Azerspace-1: 11135 H 30000

Səkkiz ayda əlilliyi olan şəxslərə 94 min reabilitasiya vasitəsi verilib

Səkkiz ayda əlilliyi olan şəxslərə 94 min reabilitasiya vasitəsi verilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən bu ilin yanvar-avqust aylarında əlilliyi olan şəxslərə 94 min reabilitasiya vasitəsi verilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən NTV-yə verilən məlumata görə, onlardan 5,6 mini təkərli oturacaq (o cümlədən 48-i mühərrikli təkərli oturacaq), 1,7 mini aşağı və yuxarı ətraf protezi, 4,5 mini əsa, qoltuqaltı və dirsəkaltı ağac olub.

Həmçinin əlilliyi olan şəxslərə 7,1 min cüt protez və ortopedik ayaqqabı, 347 eşitmə aparatı, 388 korset və digər reabilitasiya vasitələri təqdim olunub.

Bu ilin 8 ayında əlilliyi olan 10,4 min şəxs reabilitasiya vasitələri ilə təmin edilib.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM