satellite   Azerspace-1: 11135 H 30000

Formula 1 ilə əlaqədar Bakı metrosunun iş rejimi 2 saat uzadılacaq

Formula 1 ilə əlaqədar Bakı metrosunun iş rejimi 2 saat uzadılacaq

“AZCON Holding”in şirkətlərindən olan “Bakı Metropoliteni” QSC Formula 1 üzrə Azərbaycan Qran-Prisi ilə əlaqədar iş rejimində dəyişiklik edəcək.

QSC-dən NTV-yə  bildirilib ki, idman yarışının təşkilatçısı olan Bakı Şəhər Halqası əməliyyat şirkətinin müraciətinə əsasən, iki gün metropolitenin iş rejimi 2 saat uzadılacaq.

Belə ki, sentyabrın 19-20-nə və 20-dən 21-nə keçən gecələrdə Bakı metrosunun bütün stansiyaları saat 02:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. Paytaxtda keçirilən kütləvi tədbirlərlə bağlı təsdiq olunmuş əməliyyat planına əsasən, yarış günlərində şəhər mərkəzinə yaxın stansiyalarda gücləndirilmiş iş rejimi tətbiq olunacaq.

Qatarlar payız-qış qrafikinə uyğun hərəkət edəcək. Tədbirlər planına uyğun olaraq, ehtiyat qatarlar hazır vəziyyətdə saxlanılacaq və zərurət olarsa, xətlərə buraxılacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM