satellite   Azerspace-1: 11135 H 30000

BDYPİ-dən sürücülərə çağırış: Texniki nasaz avtomobillə yola çıxmayın

BDYPİ-dən sürücülərə çağırış: Texniki nasaz avtomobillə yola çıxmayın

Nasaz avtomobillə yola çıxmaq qəza riskini dəfələrlə artırır. Bu baxımdan nəqliyyat vasitələrinin texniki sazlığı, xüsusən də təkərlərin vəziyyəti daim diqqətdə saxlanılmalıdır.

NTV xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə çağırışında bildirilir. Qeyd olunubki, təkərlərin protektor dərinliyinin normadan az olması və ya yeyilmiş təkərlərlə hərəkət, yol ilə təmasın zəifləməsinə, tormoz məsafəsinin xeyli artmasına və nəqliyyat vasitəsinin idarəetmədən çıxmasına səbəb olur. Xüsusilə yağışlı və sürüşkən yollarda belə hallar qəza riskini dəfələrlə artırır.

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edərək bildirir ki, texniki cəhətdən saz olmayan, xüsusilə də köhnəlmiş və yararsız təkərlərlə hərəkətə çıxmaq yolverilməzdir. Hər bir sürücü avtomobilinin texniki vəziyyətinə ciddi nəzarət etməli, təhlükəsizliyi təmin etmək üçün vaxtında tədbir görməlidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM