satellite   Azerspace-1: 11135 H 30000

Gömrük orqanına bəyan edilməyən xeyli miqdarda mal aşkar edilib

Gömrük orqanına bəyan edilməyən xeyli miqdarda mal aşkar edilib

Bakı Baş Gömrük İdarəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlər nəticəsində müxtəlif növ malların gömrük sərhədindən qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.

Dövlət Gömrük Komitəsindən NTV-yə bildirilib ki, “İpək yolu” gömrük postunda Türkiyədən Azərbaycana gələn nəqliyyat vasitəsinin qoşqusuna keçirilən baxış zamanı gömrük orqanına bəyan edilməyən 45 adda - 864 qutu, 1398 konvalyut, 473 ədəd dərman vasitəsi, 40 növdə - 357 ədəd kosmetik vasitə, 50 litr həcmində ətir, 11 adda - 278 ədəd stomatoloji vasitə, 144 qutu qida əlavəsi aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM