satellite   Azerspace-1: 11135 H 30000

Ordubad rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb, qarın hündürlüyü 15 sm-ə çatıb

Ordubad rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb, qarın hündürlüyü 15 sm-ə çatıb

Sentyabrın 20-də muxtar respublika ərazisində qeyri-sabit hava şəraiti müşahidə olunub.

NTV-nin məlumatına görə, düşən yağışın miqdarı Naxçıvan şəhərində 2 mm, Sədərəkdə 17 mm, Şərurda 8 mm, Kəngərlidə 6 mm, Şahbuzda 4 mm, Ordubadda 4 mm, Culfada 3 mm, Parağaçayda (Ordubad) 17 mm, Axurada (Şərur) 12 mm, Küküdə (Şahbuz) 7 mm, Biçənəkdə (Şahbuz) 6 mm olub.
 
Bu gün 07:00-a olan məlumata əsasən, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edib, bəzi dağlıq ərazilərdə qar yağıb. 

Naxçıvan Muxtar Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzinin verdiyi məlumata əsasən Ordubad rayonunun yüksək dağlıq ərazilərinə qar yağıb.

3800-3900 metr yüksəklikdə qarın hündürlüyü 15 sm-ə çatıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM