satellite   Azerspace-1: 11135 H 30000

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

Rubio: Tramp İordan çayının qərb sahilində yeni gərginliyin yaranmasını istəmir

ABŞ Prezidenti Donald Tramp İordan çayının qərb sahilində yeni qarşıdurmanın və böhranın yaranmasını istəmir.

NTV xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio Hindistana səfəri öncəsi jurnalistlərə açıqlamasında bildirib.

Rubionun sözlərinə görə, Tramp bu məsələdə mövqeyini dəfələrlə açıq şəkildə ifadə edib. “Prezident İordan çayının qərb sahilində gərginlik və ya böhran görmək istəmir. O, yeni qarşıdurmanın alovlanmasını istəmir”,- deyə o əlavə edib.

Dövlət katibi bildirib ki, ABŞ administrasiyası israilli məskunlaşanların fələstinlilərə qarşı zorakılıq hallarının qarşısının alınması üçün İsrail hökumətinə müraciətlərini davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM