satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür

Azərbaycan XİN: Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür

18 oktyabr – Müstəqilliyin Bərpası Günü xalqımızın azadlıq iradəsinin, milli birliyinin və dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür.

NTV  xəbər verir ki, bu, Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib.

"Azərbaycan xalqının dövlət müstəqilliyini bərpa etməsinin 35-ci ildönümü münasibətilə bütün həmvətənlərimizi ürəkdən təbrik edir, doğma vətənimiz üçün əbədi müstəqillik, davamlı sülh, tərəqqi və firavanlıq arzulayırıq.

Qoy müstəqil Azərbaycanımız daim inkişaf etsin, üçrəngli bayrağımız hər zaman yüksəklərdə dalğalansın!" - paylaşımda qeyd olunub.

Həmçinin XİN başçısı Ceyhun Bayramov da sosial şəbəkədə paylaşım edərək xalqı Müstəqilliyin Bərpası Günü münaibətilə təbrik edib.

"Bu gün müstəqil Azərbaycan öz zəngin dövlətçilik irsinə söykənərək inamla gələcəyə doğru irəliləyir, beynəlxalq arenada mövqeyini möhkəmləndirir və milli maraqlarını qətiyyətlə müdafiə edir", - C. Bayramov yazıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM