satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda aqrar sahədə ilk qadın kooperativi yaradılır - FOTOLAR

Naxçıvanda aqrar sahədə ilk qadın kooperativi yaradılır<font color=red> - FOTOLAR</font> Naxçıvanda aqrar sahədə ilk qadın kooperativi yaradılır<font color=red> - FOTOLAR</font> Naxçıvanda aqrar sahədə ilk qadın kooperativi yaradılır<font color=red> - FOTOLAR</font> Naxçıvanda aqrar sahədə ilk qadın kooperativi yaradılır<font color=red> - FOTOLAR</font>

Naxçıvan Muxtar Respublikasında aqrar sahədə ilk qadın kooperativinin yaradılmasına başlanıb. Kooperativ Azərbaycan Kənd Qadınları Assosiasiyasının təşəbbüsü və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin və Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə yaradılır.

Bu barədə NTV-yə  Kənd Təsərrüfatı Nazirliyindən bildirilib.

Məlumata əsasən kooperativ aqrobiznes sahəsində fəaliyyət göstərən kiçik sahibkar qadınları bir araya gətirəcək. Qadın sahibkarlar həm istehsal, həm də satış mexanizmini birgə quraraq, kooperativ təsərrüfatın digər üstünlüklərindən faydalanacaqlar. Layihə müxtəlif aqrar sahələri əhatə etməklə, xüsusilə ucqar kəndlərdə yaşayan fermer qadınların iqtisadi və sosial cəhətdən gücləndirilməsinə yönəlib.

İlkin mərhələdə süd məhsullarının emalı və satışı sahəsində fəaliyyət göstərəcək kooperativ qadın fermerlərin bacarıqlarının artırılması, resurslara çıxış imkanlarının genişləndirilməsi və dayanıqlı dəstək mexanizmlərinin formalaşdırılmasını nəzərdə tutur.

Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində aqrar sahədə ilk qadın kooperativinin yaradılmasına həsr olunmuş “Kooperativ quruculuğu” mövzusunda hibrid formatlı seminar keçirilib.

Tədbirdə Azərbaycan Kənd Qadınları Assosiasiyasının sədri Gülbəniz Qənbərova, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sektor müdiri İsrafil Həsənli, həmçinin Azərbaycanda və Türkiyədə uğurlu təcrübəyə malik kooperativ rəhbərləri iştirak ediblər.

Seminar çərçivəsində kooperativlərin yaradılması, idarə olunması, marketinq və satış strategiyaları ilə bağlı təqdimatlar keçirilib, iştirakçılar arasında fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, indiyədək Azərbaycanın müxtəlif bölgələrində 14 qadın kooperativi yaradılıb. Bu kooperativlər aqrar sektorun fərqli sahələrini əhatə edir və uğurlu fəaliyyətləri ilə qadınların iqtisadi rolunun gücləndirilməsində mühüm yer tutur.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM