satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda şəhidlərin xatirəsinə ağaclar əkilib

Naxçıvanda şəhidlərin xatirəsinə ağaclar əkilib

27 Sentyabr – Anım Günü ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyi ağacəkmə aksiyası keçirib.

Nazirliyin mətbuat xidmətindən NTV-yə bildirilib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi və təbiətin qorunması məqsədi daşıyan aksiyada nazirliyin əməkdaşları dekorativ ağaclar əkiblər. Əkin işləri ilə yanaşı, mövcud yaşıllıq sahələrində abadlaşdırma və təmizlik tədbirləri də həyata keçirilib.

Aksiyanın davamı olaraq, Vətən müharibəsi şəhidlərinin məzarları ziyarət edilib, onların ruhuna dualar oxunub və məzarlar üzərinə gül dəstələri qoyulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM