satellite   Azerspace-1: 11135 H 30000

Ordubadda elektrik enerjisinin verilməsində fasilələr olacaq

Ordubadda elektrik enerjisinin verilməsində fasilələr olacaq

Sentyabrın 25-də Ordubad rayonunun bir sıra ərazilərində elektrik enerjisinin verilməsində fasilələr olacaq.

“Azərişıq” ASC-nin Naxçıvan RETSİ-dən NTV-yə  verilən məlumata görə, Parağaçay 35 kV-luq hava xəttində 110 kV-luq xətlərin çəkilişi və bərpa işləri ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində məhdudiyyətlər tətbiq ediləcək.

Bu səbəbdən sabah saat 10:00-dan 11:00-dək Dar, Sabirkənd, Qoşadizə, Kələntərdizə, Başdizə, Gilançay, Parağaçay, Xanağa, Ağrı, Dizə, Vənəd, Başkənd, Vələver Qoruqları, Anaqut, Dırnıs, Kələki, Unus, Pəzməri, Dəstə, Düylün, Çənnəb, Üstüpü, Aza, Azad və Məzrə kəndlərində elektrik enerjisinin verilməsində fasilələr yaranacaq.

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM