satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı - VİDEO

NTV xəbər verir ki, 27 sentyabr - Anım Günündə ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikada da saat 12:00-da canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrinin və piyadaların hərəkəti dayandırılıb.

 

Qeyd edək ki, səhər saatlarından başlayaraq muxtar respublikanın şəhər və rayonlarında Vətən müharibəsində şəhid olan qəhrəmanların məzarını ziyarət edən insanlar şəhidlərin xatirəsini ehtiramla anır, məzarları üzərinə tər güllər düzürlər.

 

Azərbaycana Şanlı Zəfəri qazandıran, ərazi bütövlüyümüz naminə canlarından keçən əbədiyaşar qəhrəmanlarımızı böyük sevgi və minnətdarlıqla anırıq.

 

Allah rəhmət eləsin!

Naxçıvanda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı<font color=red> - VİDEO</font> Naxçıvanda Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıldı<font color=red> - VİDEO</font>

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM