satellite   Azerspace-1: 11135 H 30000

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov şəhid ailələrini ziyarət edib - FOTOLAR

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov  şəhid ailələrini ziyarət edib<font color=red> - FOTOLAR</font> Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov  şəhid ailələrini ziyarət edib<font color=red> - FOTOLAR</font> Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov  şəhid ailələrini ziyarət edib<font color=red> - FOTOLAR</font>

Ali Məclis sədrinin birinci müavini Bəxtiyar Məmmədov şəhid ailələrini ziyarət edib

NTV xəbər verir ki, sentyabrın 27-də - Anım Günündə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov Vətən müharibəsi şəhidləri gizir Ələkbərov Bağır Əsəd oğlu, şəhid gizir Novruzlu Ümid Bahadur oğlu və şəhid leytenant Quliyev Vəli Kamal oğlunun ailə üzvləri ilə görüşüb, onların qayğıları ilə maraqlanıb.

 Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Vətən müharibəsində tarixi Qələbə qazanmasından, hərbçilərimizin qəhrəmanlığından bəhs edilib, ölkə başçısı cənab İlham Əliyevin şəhid ailələri və qazilərə xüsusi diqqətindən danışılıb. Bütün şəhidlərimizin xatirəsinin daim Azərbaycan xalqının qəlbində yaşayacağı vurğulanıb.

Şəhidlərimizin ailə üzvləri şəhidlərin xatirələrini bölüşüb, onların keçdiyi şərəfli döyüş yolundan, mərdlik və şücaətlərindən danışıb, şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıya görə Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM