satellite   Azerspace-1: 11135 H 30000

Ordubadda elektrik enerjisinin verilişində fasilələr olacaq

Ordubadda elektrik enerjisinin verilişində fasilələr olacaq

Sentyabrın 29-da Ordubad rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr olacaq.

 

"Azərişıq" ASC-nin Naxçıvan RETSİ-dən NTV-yə  verilən məlumata görə, düylün 35/10 kV-luq yarımstansiyadan qidalanan Aza 10 kV-luq hava xəttində 110 kV-luq xətlərin çəkilişi və bərpa işləri ilə əlaqədar olaraq elektrik enerjisinin verilişində fasilələr yaranacaq.

 

Bununla bağlı sabah saat 10:00-dan 13:15-dək Sabirkənd, Qoşadizə, Aza, Azad, Kələntərdizə, Başdizə və Gilançay kəndlərinin elektrik təchizatında məhdudiyyətlər olacaq.

 

Qeyd edək ki, enerji təchizatı sistemlərinin gücləndirilməsi və texniki baxışların həyata keçirilməsi çərçivəsində müxtəlif ünvanlarda elektrik xətlərində və yarımstansiyalarda mərhələli təmir işləri nəzərdə tutulub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM