satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçiriləcək

Naxçıvan şəhərində növbəti əmək yarmarkası keçiriləcək

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə növbəti əmək yarmarkası keçiriləcək.

Nazirliyin mətbuat xidmətindən  NTV-yə bildirilib ki, Naxçıvan Biznes Mərkəzində oktyabrın 1-i saat 10:00-da baş tutacaq yarmarkaya muxtar respublikanın işsiz və iş axtaran sakinləri dəvətlidirlər. 20-dən çox işəgötürən üzrə 140-a yaxın vakansiya muxtar respublika sakinlərinə təqdim ediləcək. Yarmarkaya gələn namizədlərin şəxsiyət vəsiqələrini təqdim etmələri mütləqdir. Namizədlərin CV nümunəsi ilə birlikdə gəlmələri arzuolunandır. Yarmarkada işaxtaran və işsiz şəxslərə işəgötürənlərlə bilavasitə təmas yaratmaq imkanı yaradılır.

Vakansiyalar, iş öhdəlikləri və şərtlər haqqında daha ətraflı məlumat yarmarkada iştirak edən şəxslərə təqdim olunacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM