satellite   Azerspace-1: 11135 H 30000

Türkiyədə çövkənin inkişafı üçün Qarabağ atlarından istifadə olunacaq - FOTOLAR

Türkiyədə çövkənin inkişafı üçün Qarabağ atlarından istifadə olunacaq<font color=red> - FOTOLAR</font> Türkiyədə çövkənin inkişafı üçün Qarabağ atlarından istifadə olunacaq<font color=red> - FOTOLAR</font> Türkiyədə çövkənin inkişafı üçün Qarabağ atlarından istifadə olunacaq<font color=red> - FOTOLAR</font> Türkiyədə çövkənin inkişafı üçün Qarabağ atlarından istifadə olunacaq<font color=red> - FOTOLAR</font>

Ağcabədi şəhərində yerləşən Qarabağ Atçılıq Kompleksindən beş Qarabağ atı Türkiyənin Sivas şəhərinə göndərilməsi üçün seçilib.

NTV xəbər verir ki, bu barədə III MDB Oyunları ilə əlaqədar Azərbaycanda səfərdə olan Türkiyə Çövkən Federasiyasının prezidenti Fatih Keşe jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, Sivasda ölkənin ilk ixtisaslaşmış çövkən kompleksi inşa olunub və Türkiyə bu qədim oyunun dirçəldilməsinə böyük önəm verir. Qeyd olunub ki, Azərbaycanın dəstəyi ilə bu idman növünün birgə inkişafı istiqamətində fəal iş aparılır.

Xatırladaq ki, MDB Oyunlarında çövkən yarışları Şəki şəhər stadionunda keçirilir. Türkiyə yığması qrup mərhələsini üçüncü pillədə başa vuraraq turnirdə çıxışını yekunlaşdırıb. Azərbaycan milli komandası isə iki inamlı qələbə qazanaraq yarımfinala yüksəlib və medal uğrunda mübarizəsini davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM