satellite   Azerspace-1: 11135 H 30000

Naxçıvanda biri azyaşlı olmaqla köməksiz vəziyyətdə qalan iki nəfər xilas edərək yaxınlarına təhvil verilib

Naxçıvanda biri azyaşlı olmaqla köməksiz vəziyyətdə qalan iki nəfər xilas edərək yaxınlarına təhvil verilib

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, Heydər Əliyev prospektində yaşayış binasının liftində biri azyaşlı olmaqla iki nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Nazirlikdən NTV-yə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə Xüsusi Riskli Xilasetmə Xidmətinin çevik əməliyyat qrupunun xilasediciləri cəlb olunub.

Xilasedicilər dayanan liftin qapısını xüsusi vasitələrlə açıb köməksiz vəziyyətdə qalanları xilas edərək yaxınlarına təhvil veriblər.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM