satellite   Azerspace-1: 11135 H 30000

NİİM: Qırmızı işıq xəbərdarlıqdır

NİİM: Qırmızı işıq xəbərdarlıqdır

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) sürücülərə qırmızı işıqda hərəkətin təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

NİİM-dən NTV-yə verilən məlumata görə, paytaxtın Binəqədi rayonu ərazisində, Xocəsən yolu ilə Çingizxan küçəsinin kəsişməsində baş verən yol-nəqliyyat hadisəsi göstərib ki, bu qəzanın qarşısını almaq üçün sadəcə svetoforun qırmızı işığında dayanmaq kifayət idi. “Qaydaları pozan sürücülər yollarda real təhlükə yaradırlar. Nizamlanan yolayrıcına yaxınlaşarkən sürət həddi nizamlayıcının siqnallarına uyğun tənzimlənməli, sarı işıq yananda isə sürət azaldılaraq nəqliyyat vasitəsi tam dayandırılmalıdır. Əks təqdirdə, sürücü gedişi başa çatdıra bilmir, qırmızı işıqda keçmək məcburiyyətində qalır və bu da qəzaların baş verməsinə səbəb olur. Unutmayaq ki, belə qayda pozuntuları çox vaxt insanların xəsarət alması və ya həyatını itirməsi ilə nəticələnir”, - deyə xəbərdarlıqda qeyd olunub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM