satellite   Azerspace-1: 11135 H 30000

Azərbaycan XİN: 44 günlük Vətən müharibəsindən bu yana 412 nəfər mina qurbanı olub

Azərbaycan XİN: 44 günlük Vətən müharibəsindən bu yana 412 nəfər mina qurbanı olub

44 günlük Vətən müharibəsindən bu yana 412 nəfər mina qurbanı olub.

NTV-nin məlumatına görə, bu barədə Ermənistanla sərhəddə baş verən mina hadisəsi ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X"də etdiyi paylaşımda bildirilib.

Paylaşımda qeyd olunub ki, minalar hələ də Azərbaycanda insan həyatına son qoymaqda davam edir:

"Bu gün Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin əməkdaşı Ermənistan sərhədində minanın partlaması nəticəsində ağır şəkildə yaralanıb. Təkcə 2020-ci ilin 44 günlük Vətən müharibəsindən bu yana 412 nəfər mina qurbanı olub. Mülki şəxsləri hədəf alan, bərpa işlərini ləngidən və təhlükəsiz qayıdışı əngəlləyən bu humanitar faciə beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır. Bu fakt həmçinin genişmiqyaslı mina təmizləmə əməliyyatlarının sürətləndirilməsi üçün təcili beynəlxalq dəstəyin vacibliyini bir daha göstərir".

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM