satellite   Azerspace-1: 11135 H 30000

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var - YEENİLƏNİB

İstanbulda leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, itkin düşənlər var <font color='red'> - YEENİLƏNİB</font>

Türkiyənin İstanbul şəhərində güclü leysan nəticəsində ölənlərin sayı 3-ə çatıb, daha 4 nəfərin itkin düşdüyü bildirilir.

NTV xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi bildirib.

O deyib ki, leysandan sonra yaranan sellə əlaqədar iş yerlərində və digər ərazilərdə köməksiz vəziyyətdə qalan 2700-dən çox insan təxliyə edilərək, təhlükəsiz ərazilərə çatdırılıb.

Səlahiyyətli qurumlar ərazilərdə yaranan fəsadların aradan qaldırılması və təhlükəsizliyin təmin olunması istiqamətində tədbirləri davam etdirir.

14:35

Türkiyənin İstanbul şəhərində güclü leysan ciddi fəsadlara səbəb olub. Küçələr və yollar suyun altında qalıb, evləri və iş yerlərini su basıb, bəzi ərazilərdə insanlar təxliyə ediliblər. Fövqəladə hallar üzrə qurumlar müvafiq işləri davam etdirir.

NTV xəbər verir ki, şəhərdə güclü yağış nəticəsində 2 nəfər həyatını itirib.

İstanbul Böyükşəhər Bələdiyyəsinin məlumatına əsasən, ən çox yağıntı şəhərin Beykoz, Eyüpsultan və Sarıyer rayonlarında qeydə alınıb. Güclü yağış səbəbindən bir sıra küçə və prospektləri, yeraltı keçidləri və tunelləri su basıb. Bəzi avtomobillər yollarda qalıb, sürücülər və sərnişinlər çətin vəziyyətlə üzləşiblər. İctimai nəqliyyatda sıxlıq yaranıb.

İstanbul Valiliyinin açıqlamasına görə, AFAD-a və “112” Təcili Çağrı Mərkəzinə yağışla əlaqədar 2518 müraciət daxil olub. Onlardan 1277-si su basqını, 15-i torpaq sürüşməsi, 47-si vətəndaşların köməksiz qalması ilə bağlı olub. Fəsadların aradan qaldırılması üçün 8 min əməkdaş, 2 min nəqliyyat vasitəsi və texnika cəlb edilib. Sarıyer rayonunun Ayazağa məhəlləsində suyun altında qalan iş yerlərindəki şəxslər yük maşınları və digər texnikanın köməyi ilə, bəziləri isə xilasedici qayıqlarla təhlükəsiz ərazilərə çatdırılıblar.

İstanbul Valiliyinin qərarına əsasən, əlverişsiz hava şəraiti və nəqliyyatda yarana biləcək problemlər səbəbindən bu gün şəhər üzrə dövlət və özəl təhsil müəssisələrində əyani tədrisə fasilə verilib.

Anadolu Agentliyinin məlumatına görə, aidiyyəti qurumlar yağışın yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işləri davam etdirir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM