satellite   Azerspace-1: 11135 H 30000

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub

Macarıstanın paytaxtı Budapeştdəki iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub.

NTV  xəbər verir ki, “Daily News Hungary” nəşrinin məlumatına görə, Kontyfa ibtidai və orta məktəbi, eləcə də Peştuyhey ibtidai məktəbi təhdid məktubları alıb. Məktublar yerli polis bölməsinə də göndərilib.

Oktyabrın 15-də səhər saatlarında polis əməkdaşları hər iki məktəbin binalarında axtarışlara başlayıblar. Şagirdlərin və məktəb əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə müvafiq tədbirlər görülüb. Uşaqlar Peştuyhey İcma Mərkəzinə və Hartyan ibtidai məktəbinə yerləşdiriliblər.

Kontyfa məktəbinin rəhbərliyi valideynlərə müraciət edərək, mümkün olduğu təqdirdə, uşaqları məktəbə gətirməməyi xahiş edib. Məktəbdə nəzarət altında olan şagirdlərin valideynlərindən onları götürmələri istənilib.

Hədələrin məzmunu və polis axtarışlarının nəticələri barədə əlavə məlumat açıqlanmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM