satellite   Azerspace-1: 11135 H 30000

Ağdamın Xıdırlı kəndinə növbəti köç olub - FOTOLAR

Ağdamın Xıdırlı kəndinə növbəti köç olub<font color=red> - FOTOLAR</font> Ağdamın Xıdırlı kəndinə növbəti köç olub<font color=red> - FOTOLAR</font> Ağdamın Xıdırlı kəndinə növbəti köç olub<font color=red> - FOTOLAR</font>

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Böyük Qayıdış” Proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə qayıdışı davam edir. Noyabrın 19-da yola salınan növbəti köç karvanı Ağdam rayonunun Xıdırlı kəndinə çatıb.

NTV  xəbər verir ki, bu mərhələdə Xıdırlı kəndində 73 nəfərdən ibarət 15 ailəyə mənzillərin açarları təqdim olunub.

Mərasimdə Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri iştirak ediblər.

Xıdırlıya köç karvanı ilə qayıdanlar respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət olub.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM