satellite   Azerspace-1: 11135 H 30000

200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirməkdə təqsirləndirilən şəxs həbs olunub

200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirməkdə təqsirləndirilən şəxs həbs olunub

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları 200-dən artıq vətəndaşın kart məlumatlarını ələ keçirən şəxsi saxlayıb.

Bu barədə NTV Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, kiberpolisin həyata keçirdiyi əməliyyat-texniki tədbir nəticəsində özünü kredit mütəxəssisi kimi təqdim edərək müxtəlif səhifələrdə "sərfəli şərt, az komissiya, zamin tələb olunmadan kreditlərin verilməsi" adı altında insanların pulunu ələ keçirən əvvəllər də eyni əmələ görə məhkum olunmuş 32 yaşlı Kənan Əmirahlı saxlanılıb.

Araşdırmalarla məlum olub ki, K.Əmirahlı sosial şəbəkələrdə kampaniya keçirildiyini və güzəştli şərtlərlə kreditlərin verilməsi ilə bağlı elanlar yerləşdirib. Daha sonra ona müraciət edən şəxslərin kart məlumatlarını və onların mobil telefonlarına göndərilmiş "OTP" təhlükəsizlik kodlarını ələ keçirib. Saxlanılan şəxs informasiyaları əldə etdikdən sonra mobil tətbiqlərə daxil olaraq zərərçəkənlərin balansındakı vəsaitləri başqa şəxslərin adına açdığı kartlara köçürərək ələ keçirib.

Faktlarla bağlı cinayət işi başlanılıb.

K.Əmirahlı barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

Xəbər lenti
Çox oxunan xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək:

CANLI YAYIM